19 aprel 2019 17:52
787

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq

Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi yaradılacaq. 

"İki sahil" “Report”a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəcəfqulu Rəfiyev küçəsi, 14 ünvanında fəaliyyət göstərəcək 262 saylı seçki məntəqəsində mövcud qaydaya görə səsvermə həmin gün yerli vaxtla saat 7-dən 20-dək keçiriləcək. 

Səsvermədə sözügedən tarixdə Azərbaycan ərazisində olacaq Qazaxıstan Respublikası vətəndaşları əvvəlcədən müvafiq qaydada qeydiyyatdan keçmək şərtilə iştirak edəcəklər.

Qeyd edək ki, bu il iyunun 9-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.