Son gündə Qırğızıstanda COVID-19 koronavirusuna yoluxanların sayı 549 nəfər artaraq 38 min 659-a çatıb. Bunun 162-si Bişkekin payına düşür.
AZƏRTAC Qırğızıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son 24 saat ərzində bu virusdan 9 nəfər ölüb, pandemiya dövründə vəfat edənlərin sayı 1447 nəfərdir.
Bildirilib ki, son gündə 37, indiyədək isə 2 min 911 tibb işçisi bu virusa yoluxub.
Qeyd olunub ki, ötən gecə Moskvadan Bişkekə 150, Oş şəhərinə isə 339 Qırğızıstan vətəndaşı gətirilib.
Yaponiyanın Baş naziri ilə ABŞ Prezidenti iki ölkə arasında "ittifaqın yeni qızıl dövrü"nə dair sazişlər imzalayıblar
Şatdaun ABŞ-ın nüvə silahı istehsalı ilə bağlı hədəflərinə çatmasına mane ola bilər
Tramp Yaponiyanın ABŞ-dən "böyük miqdarda" hərbi texnika sifariş etdiyini açıqlayıb