Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
26 oktyabr 2020 17:11
266

Qırğızıstanın sabiq prezidenti aclıq aksiyasına başlayıb

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev aclıq aksiyasına başlayıb.

Trend-in məlumatına görə, bunu onun vəkili Sergey Slesaryov deyib.

O bildirib ki, A.Atambayev istintaq təcridxanasına keçirildiyi üçün aclığa başlayıb. Vəkil onun zirzəmi otağına yerləşdirildiyini deyib.

Sabiq prezidentin digər təcrid müəssisəsinə keçirilməsi üçün müraciət edilib.

Qeyd edək ki, Almazbek Atambayev oktyabrın 10-da Bişkekdə iğtişaşların təşkilində ittiham olunaraq saxlanılmışdı.