Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə məlumat yayıb.
"İki sahil" quruma istinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Polşa Respublikasının Lyublinsk və Velikopolsk inzibati ərazilərində yüksək patogen quş qripi xəstəliyi müəyyən edilib.
Bununla əlaqədar olaraq, yüksək patogen quş qripi xəstəliyinin qeydə alındığı Polşa Respublikasının inzibati ərazilərindən diri quş və quş məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb.
"Nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Polşa Respublikası ərazisindən respublikamıza gələn, yaxud qeyd edilən ərazilərdən tranzitlə keçən nəqliyyat vasitələrinin gömrük-sərhəd keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunmuşdur"-deyə, məlumatda qeyd edilib.
Kənd Təsərrüfatı Nazirliyi “ENİ” şirkəti və SOCAR ilə birgə deqradasiya uğramış torpaqlarda pilot layihə həyata keçirir
“Azexport.az” portalı vasitəsilə 763 ədəd sərbəst satış sertifikatı təqdim edilib
Azərbaycan Universitetinin tələbələri üçün rəqabətin təmin edilməsi mövzusunda açıq dərs keçirilib