04 iyun 2020 17:37
1894

Ramin Bayramlı: Xəbər saytları evdən işləyəcək

TV və radiolara məhdud sayda işçi cəlb etmələri tövsiyyə olunub

“Xəbər saytlarının evdən işləməsi mümkündür”. “İki sahil” APA-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. R. Bayramlı deyib ki, fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarının məhdud sayda işçi cəlb etməsi məqsədəuyğundur: “Televiziyalara tövsiyyə edilib ki, müsahibələr onlayn qaydada götürülsün. Zəruri halda isə televiziyalar Operativ Qərargaha müraciət etməlidirlər. Fəaliyyətinə icazə verilən televiziya və radio qurumlarına bu barədə məlumat verilib”.