02 iyul 2025 10:10
123

Əminə Məhəmməd: Cəmiyyətdə müsbət dəyişikliklər üçün qadınların təhsilə cəlb edilməsi lazımdır

Cəmiyyətdə müsbət dəyişikliklər üçün qadınların təhsilə cəlb edilməsi lazımdır.

“İki sahil” xəbər verir ki, bununla bağlı BMT Baş katibinin müavini, qurumun Dayanıqlı İnkişaf qrupunun sədri Əminə Məhəmməd ilk dəfə Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumuna ünvanladığı videomüraciətdə deyib.

O qeyd edib ki, belə tədbirlərin məqsədi qadınların cəmiyyətdə aparıcı qüvvə olmasına çalışmaqdır:

"Biz cəmiyyətdə müsbət dəyişiklik istəyiriksə, qadınları təhsilə cəlb etmək lazımdır. Qadınların dayanıqlı inkişafda rolu da artırılmalıdır".