11 oktyabr 2019 21:13
939

Ranyerinin yeni klubu bilindi

İtaliya A Seriyasında çıxış edən "Sampdoriya"nın yeni baş məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, Genuya təmsilçisi Klaudio Ranyeri ilə anlaşıb. 67 yaşlı mütəxəssislə bu gün müqavilə bağlanılacağı gözlənilir. O, bu postda uğursuz nəticələrə görə istefaya göndərilən Eusebio Di Françeskonu əvəzləyib.

Ranyeri bu ilin martında "Roma"nın baş məşqçisi postundan ayrılmışdı.

Xatırladaq ki, "Sampdoriya" A Seriyasından 7 turdan sonra 3 xalla sonuncu yerdə qərarlaşıb.