Azərbaycanın rayonlarında martın 22-si gündüzdən 23-ü gündüzədək bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
“İki sahil” yazır ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, axşam və gecə ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi, qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı ehtimal olunur.