Pentaqon rəsmiləri son həftələrdə bir sıra NATO ölkələrinin, ilk növbədə Baltikyanı dövlətlərin Rusiyadan gələn təhlükə ilə bağlı kəskin bəyanatlarının Avropanın təhlükəsizliyinə zərər vurduğunu bildiriblər.
“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Reuters" agentliyi məlumat yayıb.
ABŞ Estoniya, Latviya və Litva nümayəndələri ilə keçirilən ikitərəfli görüşlərdə ritorikanı yumşaltmağın vacibliyini diqqətə çatdırıb. "Reuters" yazır ki, bu sözlərin digər Avropa ölkələrinin hökumətlərinə çatdırılıb-çatdırılmadığı məlum deyil. Pentaqondan agentliyə ikitərəfli görüşlərin məxfiliyinə istinad edərək şərh verməkdən imtina edilib.
Agentliyin Avropa rəsmiləri arasından olan həmsöhbəti ABŞ-nin bu xahişinin "çaşqınlıq yaratdığını" bildirib.
Uşakov: Ukrayna üzrə üçtərəfli görüşün tarixləri həftənin sonunadək açıqlana bilər
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər