Rumıniyada koronavirusa yoluxanların sayı 433 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bir nəfər bu virusun qurbanı olub. Ölən şəxs xərçəng xəstəliyinin son mərhələsində olan 67 yaşlı kişidir. Bundan əlavə, 52 nəfər artıq tam sağalaraq xəstəxananı tərk edib.