Noyabrın 9-u gecə saatlarında Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 430 təyyarə tipli pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib.
“İki sahil” Rusiya Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, gecə saatlarında bölgə üzərində 113 dron vurulub. Şəhərin Kirişidəki sənaye zonasında pilotsuz uçuş aparatlarının zərbələri qeydə alınıb. Vurulan dronların qalıqları, həmçinin bir ailənin təxliyə edildiyi mənzilə də düşüb. Xəsarət alan yoxdur və binanın qalan sakinlərinin təxliyəsinə ehtiyac olmayıb.
Vsevolojskda dronların qalıqları çoxmənzilli binanın damına düşüb. Nəticələr araşdırılır.