27 iyun 2020 15:53
243

Rusiyada koronovirusa yoluxanların sayı 628 min nəfərə yaxınlaşır

Ötən gün Rusiyada 6852 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AZƏRTAC xəbər verir ki, gün ərzində 188 xəstə vəfat edib, 9200 nəfər sağalaraq evə buraxılıb.

Beləliklə, Rusiyada infeksiyaya yoluxanların ümumi sayı 627 min 646 nəfərə çatıb, indiyədək bu xəstəlikdən 393 min 352 nəfər sağalıb, 8969 pasiyent vəfat edib. Operativ Qərargahın məlumatına görə, 2058 nəfərdə COVID-19 xəstəliyi simptomsuz ötüşüb.

Hazırda Rusiya xəstəxanalarında 225 min 325 nəfər koronovirus infeksiyasından müalicə olunur. Rusiya COVID-19 xəstələrinin sayına görə ABŞ və Braziliyadan sonra dünyada üçüncü yeri tutur.