08 iyul 2020 12:14
943

Rusiyada yoluxma sayı 700 min nəfəri keçib

Rusiyada koronavirusa yoluxanların sayı 700 min nəfəri keçib. Trend-in məlumatına görə, ölkədə son sutka ərzində 6 562 nəfər virusa yoluxub, 173 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 700 792 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 10 667 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 472 511 nəfər virusdan sağalıb, 217 614 nəfərin müalicəsi isə davam edir.