02 iyun 2021 12:22
726

Ruslar da heyəti açıqladı

Rusiya milli komandasının Avro-2020 üçün yekun heyəti müəyyənləşib.

"İki sahil" xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının saytı məlumat yayıb. Əvvəlcə genişləndirilmiş olan 30 nəfərlik siyahıdan 4 futbolçunun adı çıxarılıb. Bunlar qapıçı Andrey Lunev (“Zenit”), müdafiəçilər Roman Yevgenyev (“Dinamo) və İlya Samoşnikov (“Rubin”), eləcə də yarımmüdafiəçi Arsen Zaxaryandır (“Dinamo”).

Beləliklə, Rusiya millisi Avro-2020-yə aşağıda adları qeyd edilən 26 futbolçi ilə yollanacaq.

Qapıçılar: Anton Şunin («Dinamo»), Yuri Dyupin («Rubin»), Matvey Safonov («Krasnodar»).

Müdafiəçilər: Georqi Cikiya («Spartak»), Mario Fernandes, İqor Diveyev (hər ikisi - SSKA), Yuri Jirkov, Vyaçeslav Karavayev (hər ikisi - «Zenit»), Fyedor Kudryaşov («Antalyaspor»), Andrey Semenov («Axmat»).

Yarımmüdafiəçilər: Dmitri Barinov, Rifat Cemaletdinov (hər ikisi - «Lokomotiv»), Maksim Muxin (SSKA), Aleksandr Qolovin («Monako»), Daniil Fomin («Dinamo»), Roman Zobnin («Spartak»), Aleksey İonov («Krasnodar»), Daler Kuzyayev, Andrey Mostovoy, Maqomed Ozdoyev (hər üçü - «Zenit»), Denis Makarov («Rubin»), Aleksey Mirançuk («Atalanta»), Denis Çerışev («Valensiya»).

Hücumçular: Artem Dzyuba («Zenit»), Anton Zabolotnıy (SSKA), Aleksandr Sobolev («Spartak»).