05 oktyabr 2024 20:13
87

“Azəryol" Avropa Kubokundakı ilk oyununda uduzub

Qadın həndbolçulardan ibarət “Azəryol" komandası Avropa Kubokunda ilk oyununa çıxıb.

“İki sahil” xəbər verir ki,  təmsilçimiz Ukraynanın "Qaliçanka" klubu ilə qarşılaşıb. Bakıda “AHF Arena” İdman Kompleksində keçirilən matç rəqibin 36:22 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında cavab matçı 1 gün sonra eyni məkanda baş tutacaq.