04 dekabr 2019 14:21
878

Sabah ölkə ərazisində hava yağıntılı olacaq

Ölkə ərazisində dekabrın 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5°, gündüz 6-9° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunundan 775 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4°, gündüz 5-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-3° isti olacağı ehtimal edilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, dekabrın 5-də Abşeron yarımadasında şimal-qərb küləyinin güclənməsi fonunda temperaturun aşağı enəcəyi və rütubətli hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.