23 iyul 2019 15:27
1074

Saç rənginiz xarakterinzindən xəbər verir

Saç rənginə baxaraq insanların xarakterini öyrənə bilərsiniz. Bəli, araşdırmalar göstərib ki, insanın saç rəngi onun xarakteri haqqında ipucları verir. Təbii ki, burada söhbət təbii saç rəngindən gedir.

1. İradəli və istiqanlı 
Sarışınların iradələri çox güclü olur. Nə istədiklərini bilirlər və onu əldə edənə kimi mübarizə aparırlar. Kommunikativ dil qabiliyyətləri var. İstiqanlıdırlar, tez ünsiyyət qura bilirlər.  

2. Orijinal və əsəbi 
 Qızıl sarısı saçlar kreativlikdən xəbər verir. Belə qadınlar çox qeyri-adi olurlar. Qəliblərə uymurlar, azadlığı və tənhalığı sevirlər. 

 

 

3. Sədaqətli dost 
Qumrallar çox sədaqətli olurlar. Onalra hər mövzuda güvənmək olar. Onların əlaqələri çox geniş olur. Çünki insanlar onlarla məsləhətləşməyi sevirlər. Ünsiyyət qurmaqda çətinlik çəkmirlər. 

4. Özündən əmin və özəl 

Qara saç rəngi yüksək zövqdən xəbər verir. Bu insanlar lüksə düşkün olurlar. Sevdikləri hər şeyə çox tez bağlanırlar. Bu, bir insan da ola bilər, heyvan və ya əşya da. Vərdişlərindən vaz keçməyi xoşlamırlar. Tək qüsurları yeniliklərə qarşı qapalı olmalarıdır.

Röya Bədəlova, "İki sahil"