01 oktyabr 2020 17:00
608

Sahibə Qafarova Küveytin Azərbaycandakı səfirliyində olub

Oktyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Küveyt Dövlətinin ölkəmizdəki səfirliyində olub.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Sədr Sahibə Qafarova Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb.

Sahibə Qafarova Küveytin Azərbaycandakı səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib.