19 mart 2020 18:10
1673

Seçkilər təxirə salındı

Şimali Kipr Türk Respublikasında (ŞKTC) aprelin 26-na təyin edilən parlament seçkiləri koronavirusun sürətlə yayılması ilə əlaqədar təxirə salınıb.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, seçkilər oktyabrın 11-nə ertələnib.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. Şimali Kiprin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi təmsilçiliyi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 176 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 227 059-a çatıb. Bunların 85 961 nəfəri sağalıb, 9 285 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.