06 noyabr 2019 11:20
876

Səddam Hüseynin qızına şok dəvət

Səudiyyə Ərəbistanı İraqın mərhum dövlət başçısı Səddam Hüseynin qızı Rəqad Səddam beynəlxalq konfransda iştirak etməsi üçün Ər-Riyada dəvət olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə İordaniya mediası məlumat yayıb.

Konfransdan əvvəl Səudiyyə Ərəbistanının Omandakı səfiri Xalid bin Fəysal əl-Səud İraqda baş verən son gəlişmələr üçün Rəqad Səddamla görüşüb.

Görüşdə mərhum dövlət başçısının qızı gələn ay Ər-Riyadda İraqda baş verən siyasi proseslərlə bağlı keçiriləcək beynəlxalq konfransa dəvət edilib.

İraqda hakimiyyət əleyhinə kütləvi etiraz aksiyalarının genişləndiyi vaxt Səddam Hüseynin ailə üzvlərinin fəallaşması birmənalı qarşılanmır.