14 iyul 2020 15:59
1303

Şəhid mayor Novruzov - FOTO

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olan hərbçilərimizdən biri də mayor Novruzov Anar Gülverdi oğludur. 

Şəhid mayor 25 il hərb sahəsində xidmət edib. A. Novruzov Masallı rayon Ərkivan qəsəbəsində anadan olub

Onun 2 övladı var. Yaxınlarının bildirdiyinə görə, A. Novruzov həmişə ön cəbhələrdə qəhrəmancasına döyüşüb.