“Prezident İlham Əliyevin koronavirus pandemiyası ilə mübarzədə qlobal həmrəylik nümayiş etdirmək məqsədilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünün dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəkləməsi Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfədr. Bu təşəbbüs dünya əhalisinin sağlamlığının qorunmasında düzgün yolun tapılmasına xidmət edəcək.” Bu fikirləri “Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev “İki sahil” qəzetinə açıqlamasında deyib.
Ş.Əliyev bildirib ki, pandemiya dövründə vətəndaşların sağlamlığının təmin edilməsi üçün əsaslı işlər görən Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə və eyni zamanda ümumbəşəri səviyyəyə qaldırıb. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsü Azərbaycan tərəfindən irəli sürülsə də, onun həyata keçirilməsi dünyanın işidir.
İctimai Birliyin sədrinin fikrincə, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsus olduğu üçün işğalçı Ermənistan bu xoşməramlı təşəbbüsün reallaşmasına əngəl törətməyə cəhd etdi. Amma bacara bilmədi. Dünya əhəmiyyətli mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan özü - özünü ifşa etdi.
Ş. Əliyev xususi qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsünə dəstəyin olması və BMT-nin Baş Assambleyası tərəfindən xüsusi sessiyanın təşkil edilməsi COVID-19 pandemiyası dövründə virusla mübarizədə beynəlxalq səviyyədə yekdil mübarizə metodlarının təşkili və tətbiqinə böyük təkan verəcəkdir.
N.Muğanlı, “İki sahil”