30 iyul 2020 19:29
1229

Şeyx şəhid generalın ailə üzvləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimovun doğulduğu Qəbələ rayonunun Vəndam kəndində olub.

“Qafqazinfo” xəbər verir ki, şəhidin ata ocağını ziyarət edən A. Paşazadə Polad Həşimovun xatirəsini anmaq üçün məhz bu günü — Qurban bayramının Ərəfə gününü seçdiyini vurğulayıb. 

Şeyxülislam Həşimovun ailə üzvlərinə başsağlığı verib, II Fəxri Xiyabanda hərbçimizin məzarını ziyarət etdiyini, onun ruhu üçün dualar oxuduğunu bildirib.