Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzini də əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisədə hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Burada müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq, sınanmış fizioterapevtik metodların tətbiqi və müasir avadanlıqlardan istifadə əsasında əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.
Müəssisə Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Mərkəzdə əsaslı təmir və yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Leyla Əliyeva və Arzu Əliyeva Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
UNEC-də elmin rəqəmsallaşdırılmasında yeni mərhələ: AVESİS platforması təqdim olundu
Ali təhsil müəssisələrində “Rebuild Karabakh” hakatonuna dair infosessiyalar keçirilib - FOTO
Bakı ilə Sian şəhəri arasında birbaşa hava əlaqələrinin yaradılması müzakirə olunub