21 yanvar 2020 20:52
1099

Şirvanlılar YAP-ın namizədinə səs verəcəklər

VI çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin təbliğat kampaniyası çərçivəsində 46 saylı Şirvan seçki dairəsindən YAP-ın deputatlığa namizədi Quliyev Azər Əli oğlunun  “Daha güclü Azərbaycan Naminə” devizi altında seçicilərlə şəhərin Mədəniyyət Mərkəzində görüşü keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Samid Ağayev namizəd barədə məlumat verib. O şirvanlıları YAP-ın nemizədinə səs verməyə səsləyib.

Görüşdə deputatlığa namizəd Azər Quliyev ona göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə  öz minnətdarlığını bildirərək deyib ki, millət vəkili olmaq şərəfdir, xalqın etimadını qazanmaqdır, xalqın qayğıları ilə yaşayıb insanların fikirlərini, təkliflərini parlament tribunasından səsləndirməkdir: Eləcə də insanları düşündürən məsələlərin həllinə çalışmaq deməkdir. Yeni Azərbaycan Partiyasının üzvü olmağı özüm üçün böyük şərəf hesab edirəm. Təbii ki, Heydər Əliyevin qurucusu olduğu partiya özündə böyük ideyaları birləşdirir. Yeni Azərbaycan Partiyasının sıralarında sağlam düşüncəli insanlar, cəmiyyətimizin intellektual gücü birləşib. Başqa sözlə, partiyamız öz gücünü xalqdan alır və seçkilərdə də bu amil vacib şərtlərdən biridir. Biz YAP-ın üzvləri olaraq Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşmişik, dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı işlərin uğurlarını insanlar arasında təbliğ edirik, ölkəmizin inkişafı prosesində iştirak etməyə çalışırıq. Əgər seçicilər etimad göstərərsə, mən bu istiqamətdə fəaliyyətimi davam etdirəcəyəm.”

Görüşə qatılan seçicilər YAP-ın namizədini dəstəkləyəcəklərini söyləyiblər.