09 yanvar 2020 10:24
568

Simon Falette “Fənərbaxça”ya keçdi

"İki sahil" İstanbul klubunun saytına istinadən xəbər verir ki, qvineyalı müdafiəçi Simon Falette yeni komandasında mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. “Fənərbaxça” icarə müddəti başa çatdıqda futbolçunu satınalma hüququna da sahibdir.

Qeyd edək ki, “Loryan”ın yetirməsi olan 27 yaşlı futbolçu karyerası ərzində “Laval”, “Brest”, “Mets” klublarında da çıxış edib. O, 2017-ci ildən “Ayntraxt”da oynayırdı.