18 iyul 2019 11:21
2032

SOCAR II rübdə 1,9 mln. ton neft hasil edib

2019-cu ilin II rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) öz imkanları hesabına müstəqil olaraq 1,928 mln. ton neft, 1,672 mlrd. kubmetr qaz hasil edib.

Şirkətdən verilən məlumata görə, SOCAR hasilat səviyyəsini əvvəlki ilin müvafiq dövrünə nisbətən sabit saxlamağa nail olub.

Bildirilib ki, şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit qalması üçün həyata keçirilən kompleks tədbirlər planının icrası davam etdirilib, istismardan çıxarılmış bir sıra köhnə quyuların fəaliyyəti bərpa olunub, yeni quyular qazılıb, ümumilikdə, qazma işlərinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən artırılıb. Cari ilin ikinci rübündə şirkət üzrə 41 593 min metr qazma işi aparılıb.

II rübdə Azərbaycanın digər hasilatçı şirkətləri daxil olmaqla, ölkə üzrə, ümumilikdə, 9,061 mln. ton neft, 8,238mlrd. kubmetr qaz hasil edilib.

Qeyd edək ki, bu ilin I rübündə SOCAR üzrə 1,846 mln. ton neft, 1,561 mlrd.kubmetr qaz hasil edilib. Şirkət 40 303 min metr qazma işləri həyata keçirib.