12 fevral 2019 17:29
321

SOCAR rəhbərliyi qocaman neftçini 90 illik yubileyi münasibəti ilə təbrik edib - FOTO

Bu günlərdə qocaman neftçi, kimyaçı alim, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü Ağasiyev Riza-Kulu Abdul Kasım oğlunun 90 yaşı tamam olub.

Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) “Report”a verilən məlumata görə, qocaman neftçini 90 illik yubileyi münasibəti ilə SOCAR-ın vitse-prezidenti David Məmmədov və şirkət rəhbəliyinin nümayəndələri evində ziyarət edib, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və çoxminli neftçilər ailəsinin təbriklərini yubiliyara çatdırıblar.

Qocaman neftçi son illərdə ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında neft, neft-kimya sənayesinin inkişafı istiqamətində görülmüş işlərdən bəhs edib, ona göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, R.Ağasıyev Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra ömrünü neft emalı və kimya sənayesinə bağlayıb. Əmək fəaliyyətinə neft emalı zavodunda operator vəzifəsində başlayıb, Sumqayıt Kimya Kombinatının direktoru vəzifəsinədək yüksəlib. 25 il Neftayırma və neft kimyası müəssisələrinin layihələndirilməsi İnstitutunun direktoru olan R.Ağasiyev Bakıdakı neft emalı zavodlarının yenidən qurulması ilə yanaşı, Volqoqrad, Fərqanə, Türkmənbaşı, Çimkənd və s. şəhərlərdə yeni neftayırma zavodlarının layihələndirilməsi və istismarı prosesində yaxından iştirak edib. R.Ağasıyevin əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilib, “Şöhrət”, "Azərbaycanın əməkdar səmərələşdiricisi" fəxri adlarına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.