14 yanvar 2020 16:47
792

Somalidə türklərə qarşı bombalı hücum 3 nəfər ölüb

Somalidə yol kənarında yerləşdirilmiş bombanın partladılması nəticəsində Türkiyə vətəndaşlarını qoruyan 3 Somali əsgəri ölüb, 2-si yaralanıb.

“İki sahil” Türkiyə mətbuatına istinadən xəbər verir ki,  bomba təhlükəsizlik qüvvələrinin karvanının keçidi zamanı partladılıb.

Türkiyə vətəndaşlarının  paytaxt Moqadişo ilə Afqoye şəhərini birləşdirən yol layihəsində işlədikləri bildirilir.

Türkiyənin Somalidəki səfirliyi hücumu təsdiq etsə də, ölən və yaralananlar arasında Türkiyə vətəndaşlarının olmağını bəyan edib.

Xatırladaq ki, Moqadişoda dekabrın 28-də bombalı hücumu nəticəsində 2-si türkiyəli olmaqla 85 nəfər həlak olub.