13 dekabr 2019 21:42
874

Sosial sığorta üzrə bəyannamələrin təqdim edilməsi

Gəlir vergisninin ödəyicisi olan fiziki şəxs ildə bir dəfə bəyannamə təqdim etməklə yanaşı, rüblük məcburi dövlət sosial sığorta bəyannaməsini də təqdim etməlidirmi?

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən AZƏRTAC-a bildirilib ki, gəlir vergisi üzrə hesabat dövrü üçün bəyannamələr hesabat ilindən sonrakı ilin martın 31-dən gec olmayaraq təqdim edilir. Eyni zamanda, cari vergi ödəmələri rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilir, vergi orqanına rüb ərzində mənfəətdən və ya gəlirdən hesablannmış cari vergi məbləği barədə arayış təqdim olunur. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış məbləğ hesabat üzrə vergi məbləğindən çox olarsa, artıq hesablanmış cari vergi və ona uyğun faizlər azaldılır.