22 yanvar 2020 09:43
844

Sumqayıtda ölümlü qəza 

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "İki sahil" xəbər verir ki, qəza şəhərin giriş hissəsində Sülh küçəsində qeydə alınıb.

"Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan keçən 20 yaşlarında olan gənc oğlanı vurub. Qəza nəticəsində piyada - 1993-cü il təvəllüdlü Məmmədov Tural Məmməd oğlu aldığı xəsarətlərdən ölüb. Mikroavtobusun sürücüsü piyadanı vurduqdan sonra nəqliyyat vasitəsini yol kənarındakı işıq dirəyinə çirpıb. Sürücü  - 1972-ci il təvəllüdlü Elimdar Hüseynov və sərnişin - 1995-ci il təvəllüdlü Aidə Kərimova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar. 

Faktla bağlı araşdırma aparılır.