25 sentyabr 2020 15:20
629

Suraxanıda sursat aşkarlandı

Suraxanı rayonunda 2 ədəd əl qumbarası (F-1 və RQ-42) və 1 ədəd UZRQM partladıcısı aşkarlanıb.

“İki sahil” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirib. Aşkar olunan sursata baxış zamanı müəyyən olub ki, döyüş tətbiqinə yararsız olan 2 ədəd əl qumbarası (F-1 və RQ-42) və 1 ədəd UZRQM partladıcısıdır.

Sursatlar ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Sursatların tapıldığı əraziyə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.