Məlumdur ki, təbii qaz yanan mineralların əsas növüdür. Enerji kimi istifadəsindən əlavə, kimya sənayesində ən əhəmiyyətli xammal kimi istifadə edilən qaz inkişaf etmiş ölkələrin əksəriyyətinin sənayesi üçün başlıca yanacaqdır.
Aşağıda bu təbii sərvət növü haqqında faydalı məlumatlarla tanış ola bilərsiniz.
Təbii qazın dadı və rəngi olmur və demək olar ki, iysizdir. Əslində cüzi bir qoxusu var, ancaq bunu yalnız xüsusi təlim keçmiş itlər hiss edə bilirlər. Hamıya tanış olan “lax yumurta iyi” müəyyən reagent ətirləndiricilərin qarışdırılmasının nəticəsidir. Bunu bizim qaz sızmasını hiss etməyimiz üçün edirlər.
ABŞ-ın cənub əyalətlərində karkas ətinin qoxusuna bənzər reagenti boru kəmərlərinə qarışdırırlar. Belə halda şirkətlər borudakı sızıntıları rahatlıqla tapa bilirlər.
XIX əsrdə Avropa ərazisində və Rusiya imperiyasında küçələri işıqlandıran fənərlər xüsusi yanacaq qazı ilə təchiz edilmişdi.
Keçmiş zamanlarda qazı yalnız yüksək təbəqələr məişətdə istifadə edə bilirdi . Məsələn, eradan əvvəl I əsrdə indiki İran ərazisində yerli hökmdar kral mətbəxini kiçik bir qaz yatağında, qazın səthə doğru çıxdığı yerdə quraşdırılmasını əmr etmişdi. Bu halda sobanın alovu bütün gün yanır, oduna və kömürə ehtiyac olmurdu.
Hazırda ən uzun qaz nəqli tankerinin uzunluğu 345 metrdir. Bu professional idman stadionunun sahəsindən 3 dəfə böyükdür.
Dünyadakı ən uzun sualtı qaz boru kəməri Norveç və İngiltərəni birləşdirən boru sayılır. Uzunluğu 1200 km-dən artıq olan kəmər “Langeled” adlanır.
Təkcə Rusiyanın qaz boru xətti şəbəkəsinin ümumi uzunluğu Aydan Yerə qədər məsafənin ikiqatına bərabərdir, ekvator xəttindən isə iyirmi dəfə uzundur.