06 sentyabr 2019 16:21
144

Terim 4 oyunluq cəzalandırılıb

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Qalatasaray”ın baş məşqçisi Fatih Terimi 4 oyunluq cəzalandırıb.

AZƏRTAC xəbər verir ki, 66 yaşlı türkiyəli mütəxəssis ölkə çempionatının 3-cü turunda “Kayserispor”la matçdan sonrakı açıqlaması idman qaydalarına zidd hesab edildiyi üçün bu cəza tətbiq olunub.

Fateh Terim Superliqada “Kasımpaşa”, “Malatyaspor”, “Fənərbağça” və “Gənclərbirliyi” ilə oyunlarda texniki zonada yer ala bilməyəcək. Mütəxəssis bundan əlavə olaraq 19 min türk lirəsi məbləğində cərimələnib.

“Qalatasaray”ın məşqçisi Ümit Davala da rəqib komandanın azarkeşlərini təhqir etdiyinə görə 3 oyunluq cəzalandırılıb və 19 min 500 türk lirəsi məbləğində cərimə olunub.