13 yanvar 2020 17:25
625

"Tottenhem" Braziliyadan oyunçu alır

"Flamenqo"nun yarımmüdafiəçisi Jerson Santos karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

"İki sahil" Goal.az-a istinadən xəbər verir ki, "Tottenhem" 22 yaşlı futbolçunu rənglərinə bağlamaq istəyir. Braziliyanın elita klubu isə Santosu 30 milyon avrodan ucuz satmaq niyyətində deyil.

Orta xətt oyunçusu daha öncə Avropada iki İtaliya təmsilçisində - "Roma" və "Fiorentina"da top qovub.