14 may 2024 11:54
638

Tural Hacılı: Azərbaycan İtaliya ilə ticarət əlaqələrini genişləndirilmək istəyir

Azərbaycanın əsas məqsədi İtaliya ilə ticarət əlaqələrinin genişləndirilməsidir.

“İki sahil” xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı Bakıda keçirilən Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycanla İtaliya arasında ticarət dövriyyənin əsasını neft və qaz sektoru təşkil edir: "İtaliya Azərbaycan üçün ticarət əlaqələri baxımından başlıca ölkələrdəndir".

T. Hacılı qeyd edib ki, AZPROMO-nun əsas hədəfi ölkənin qeyri-neft sektorunun inkişaf etdirməkdir və bu həftə bu sahədə keçirilən tədbirlərlə çox zəngindir: "Mayın 15-17-də Bakı Ekspo Mərkəzində sayca 17-ci olan Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro" və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan" sərgiləri keçiriləcək".