Türkiyə Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirəcək.
Türkiyə türkdilli ölkələrlə, o cümlədən Azərbaycanla kosmik sahədə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
"İki sahil" Real TV-yə istinadən bildirir ki, Azərbaycanda da bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə işbirliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətində olduqlarını deyib. Türkiyənin Kosmik Agentliyinin rəhbəri Sərdar Hüseyin Yıldırım bildirib ki, Türkiyə kosmik proqramı hazırlayarkən qarşısına ambisiyalı məqsədlər qoyub. O, kosmik proqramın icrası üçün bütün imkanları var və beynəlxalq əməkdaşlığa hazır olduqlarını bildirib.
Agentlik rəhbərinin sözlərinə görə, kosmik proqram üzrə danışıqlar artıq dünyanın 20-yə yaxın ölkəsi ilə aparılıb və beynəlxalq əməkdaşlığın bütün ölkələrin maraqlarına cavab veridiyini əlavə edib.
Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
“Caspian Agro Week” regionun aparıcı aqrar platforması kimi mövqeyini gücləndirir - FOTO
Bakıda “Risklərə Qarşı Aqrar Sığorta Çətiri” mövzusunda beynəlxalq aqrar sığorta forumu keçirilib
“lll Beynəlxalq Aqrar İnnovasiya Forumu” çərçivəsində panel müzakirələri davam edir