02 iyun 2020 15:34
1101

Türkiyədə beynəlxalq aviareyslər bərpa olunur

“Türk Hava Yolları” aviaşirkəti iyunun 18-dən etibarən beynəlxalq aviareysləri bərpa edir. “İki sahil” Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə şirkətin media müşaviri Yahya Üstün sosial media hesabı vasitəsilə açıqlama yayıb. Aviareyslərin bərpası nəticəsində iyunun 18-dən etibarən Avropanın 6 ölkəsinin 16 şəhərindən Anadolunun 14 bölgəsinə uçuşlar həyata keçiriləcək.