17 may 2020 17:36
1204

Türkiyədə və İraqın şimalında 5 terrorçu zərərsizləşdirilib

Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən Siirt vilayətinin Eruh rayonu ərazisində PKK terror təşkilatına qarşı daha bir uğurlu antiterror əməliyyatı keçirilib.

Gabar ərazisində keçirilən bu əməliyyatda 3 PKK mənsubu zərərsizləşdirilib.

Digər bir məlumat görə, Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalındakı Avaşin-Basyan bölgəsindəki PKK düşərgələrinə dəqiq zərbələr endiriblər. Nəticədə 2 terrorçu məhv edilib.

Hökumət rəsmilərinin açıqlamalarına görə, hazırda İraqın şimalında 134 PKK terrorçusu yerləşir. Onların yerləşdikləri məkanların təsbit edilməsi üçün pilotsuz kəşfiyyat aparatlarından da istifadə olunur. //AZƏRTAC