09 avqust 2019 16:45
901

UEFA ötən mövsümün ən yaxşı qolunu açıqladı -  VİDEO

UEFA avrokuboklarda 2018-19 mövsümünün ən yaxşı qolunu açıqlayıb. 

"İki sahil" Qol.az-a istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğuya əsasən "Barselona"nın kapitanı Lionel Messinin qolu birinci olub.
 
Argentinalı hücumçunun Çempionlar Liqasının yarımfinal mərhələsində "Liverpul"un qapısına cərimə zərbəsindən vurduğu qol ən çox səs toplayıb.