21 may 2020 17:18
1158

Ukraynada iyunun 1-dən dəmiryol daşımaları bərpa olunacaq

Karantin rejiminin yumşaldılması çərçivəsində Ukraynada iyunun 1-dən etibarən dəmiryol daşımaları, o cümlədən uzaq məsafəyə hərəkət edən qatarların fəaliyyəti bərpa olunur.

Bu barədə İnfrastruktur naziri Vladislav Krikli məlumat verib. Onun sözlərinə görə, “Ukrazaliznıtsa” sərnişinləri qarşılamağa artıq hazırdır. “Ukraynada artıq iyunun 1-dən etibarən uzaq məsafəyə hərəkət edən ilk qatarlar reysə buraxacaq. Karantin rejimi sərnişinlərin qəbuluna hazırlaşmaq üçün vaxt verdi”, - deyə Krikli qeyd edib.

Bundan əlavə, “Kiyev-Passajirski” stansiyasının vağzallarında təhlükəsizlik tədbirlərinin gücəndirilməsi ilə yanaşı, üzdən tanıma funksiyasına malik 22 yeni videonəzarət sisteminin quraşdırıldığı bildirilir. //AZƏRTAC