10 iyul 2020 12:25
868

Ukraynada koronavirusa yoluxanların sayı 52 mini ötüb

Ukraynada son sutkada 819 nəfər koronavirusa yoluxub, 18 nəfər ölüb. Ən çox yoluxma Kiyev və Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 52 min 43 nəfərə çatıb. Virusdan ölənlərin ümumi sayı 1345 nəfərdir, 24 min 800 xəstə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti iyulun 31-dək uzadılıb.