Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) xarici dilin tədrisində beynəlxalq təcrübəyə əsaslanan yeni standartlar tətbiq edilir.
UNEC-dən bildirilib ki, 2019/2020-сi dərs ilindən tətbiq olunan yeni standartlara əsasən, tələbələrə ingilis dili “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” bacarıqları üzrə tədris olunur. UNEC-in bütün fakültələrində tətbiq olunan yeni standartların məqsədi tələbələrin xarici dil səviyyələrini daha da artırmaq və xarici dildə araşdırma apara bilən yüksəkixtisaslı iqtisadçı tələbə və gənc tədqiqatçılar yetişdirməkdir.
Yeni standartların tətbiqi ilə bağlı UNEC-də tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən, ingilis dilinin dərslik, sillabus və imtahan sualları ixtisaslara uyğun olaraq hazırlanıb. Dinləmə və anlama qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə universitetin bütün tədris binalarında linqafon kabinetlər quraşdırılıb.
Tələbələrin dil bilikləri “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” (Listening, Reading, Writing, Speaking) bacarıqları üzrə beynəlxalq təcrübəyə əsasən qiymətləndiriləcək.
Məhkəmə Vardanyanın “VoMa” terror təşkilatının maliyyələşdirilməsini öz üzərinə götürdüyünü müəyyən edib
Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib
Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb