18 mart 2020 18:15
793

UNESKO: 850 milyon nəfər tədrisdən qalıb

Yeni koronavirusun yayılmasına görə hazırda dünyada təhsil müəssisələrinin bağlanması səbəbindən azı 850 milyon nəfər dərsə getmir.

“Report” xəbər verir ki, bu barədə BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESKO) açıqlamasında bildirilir.

Açıqlamada hazırda 102 ölkədə orta və ali məktəblərin tam, 11 ölkədə isə qismən bağlandığı qeyd olunur.

Tədrisdən qalan şagird və tələbələrin daha da çoxalacağı qənaətində olan UNESKO mövcud vəziyyəti təhsil sahəsi üçün “misli görünməmiş təhlükə” olaraq dəyərləndirib.

Bundan əvvəl koronavirusa görə dünyada hər beş şagird və tələbədən birinin tədrisdən qaldığı açıqlanmışdı.