22 mart 2020 20:23
1983

ÜST rəsmisi: Koronavirusun vaksini bir ilə hazır olacaq

Koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksin ən yaxşı halda bir il müddətinə hazır olacaq.

Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar üzrə xüsusi nümayəndəsi Mayk Rayan bildirib.

Onun sözlərinə görə, hazırda vaksinin tapılması ilə bağlı işlər davam etdirilir.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 316 067, ölənlərin sayı isə 13 min 597 nəfərdir.