07 aprel 2020 10:58
988

ÜST: Dünyada 5,9 milyon tibb bacısı çatışmır

Koronavirusla bağlı vəziyyət fonunda dünya birliyi tibb bacılarının kəskin çatışmazlığını yaşayır. Hazırda dünyada ən azı 5,9 milyon tibb bacısı çatışmazlığı var.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "Dünyada tibb bacıları ilı bağlı vəziyyət - 2020" hesabatında bildirilib.

Hesabatda vurğulanıb ki, dünyada 28 milyondan bir qədər az tibb bacısı çalışır. 2013-cü ildən 2018-ci ilə qədər onların sayı 4,7 milyon artıb. Bununla belə, 5,9 milyon tibb bacısı çatışmazlığı hələ də qallr. Tibb bacılarının ən kəskin çatışmazlığı Afrika, Cənub-Şərqi Asiya və ÜST-nin Aralıq dənizi bölgəsi, habelə Latın Amerikası ölkələridir.

Hesabata görə, qlobal kadr çatışmazlığının qarşısını almaq üçün bu problemlə üzləşən ölkələrdə məzun tibb bacılarının sayını ildə orta hesabla 8% artırmaq lazımdır. //Azvision.az