16 aprel 2020 16:07
1711

Uzaq Şərqdə bir cənnət: Palawan - FOTO

Palawan onlarla ada sahib olan Filippinin ən məşhur adalarından biridir. Ötən illərdə dünyanın ən gözəl adası seçilən bu tropik bölgə yamyaşıl təpələri və möhtəşəm çimərlikləri ilə məşhurdur. Palawan məşhur “La Casa de Papel” serialı ilə də şöhrət qazanıb.

“İki sahil” xəbər verir ki, uzaq Şərq ölkəsi Filippinin Cənub-Qərb ucunda yerləşən Palawan adası ölkənin ən turistik bölgələrindən biridir. Uzun və dar bir ada olan Palawanın ümumi sahəsi 14,650 kvadrat kilometrdir.

Bölgədəki bir çox adada olduğu kimi, Palawanda da vergi ödəməsi var. Buna görə adada tətil etmək istəyənlər geri qayıtdıqda 20 dollar vergi ödəməlidirlər. Əks təqdirdə turist təyyarəyə minə bilməz.

Adaya getmək üçün paytaxt Maniladan sonra daha altı saatlıq səyahət sizi gözləyir. Bu səyahətdən sonra dünyanın ən gözəl adası seçilən Palavandasınız.

Palawan adasının diqqət çəkən cəhətlərindən biri də adadakı canlıların müxtəlifliyidir. Adada müxtəlif növ canlılar yaşayır. Ancaq Palawanda insanlara zərər verə biləcək hər hansı bir zəhərli heyvanlar yoxdur.

Palawan adası bir il əvvəl sıx turist ziyarətlərinin səbəbindən ətraf mühitin çirklənməsi səbəbindən bir müddət turistlərin istifadəsinə bağlanmışdı.

Palawan adası son vaxtlar dünyada başqa bir cəhəti ilə məşhurlaşıb. Əvvəllər yalnız təbiət həvəskarları və maraqlı turistlər tərəfindən ziyarət edilən ada bu gün dünyanın hər yerində məşhurdur. Palawan bu şöhrətinə görə, son illərin ən çox izlənilən seriallarından biri olan “La Casa de Papel”ə borcludur. Serialın bəzi hissələri bu adada çəkilib. Serialda ada tez-tez xatırlanır.