13 yanvar 2021 17:09
1168

Valideyn olmağa hazırlaşan məşhur cütlüklər - FOTO

Kit Harington və Lesli Rouz

"Taxt oyunları" serialının çəkilişlərindən sonra sevgi münasibətlərini quran məşhur cütlük Kit Harington və Lesli Rouz bu yaxınlarda valideyn statusuna yiyələnəcəklər. Deyilənlərə görə, məşhurlar məhz  Jon Snov ilə qırmızı saç vəhşi arasında çəkilən ehtiraslı səhnələrdən sonra bir ailə olduqlarını hiss etməyə başladılar.

Sergey Şnurov və Olqa Abramova

2021-ci ildə valideyn olmağa hazırlaşan digər cütlük isə  Rusiyanın pop ulduzu Sergey Şnurov və onun sevgilisi olan məşhur model Olqa Abramovadır. Bu şad  xəbəri "İnstaqram" səhifəsində paylaşan  Sergey yenidən ata olacağını söyləyib. Qeyd etmək lazımdır ki, Sergeyin keçmiş münasibətlərdən artıq 2 uşağı var.

Emma Roberts və Garret Con

İlk dəfə ana olacaq "Scream Queens"in  ulduzu olan Emma Roberts hamilə məşhurların siyahısını qatıldı.Aktrisa uzun illər ərzində "Amerikan horror story" serialındakı həmkarı Evan Peter ilə sevgi münasibətlərində olub. Onlar hətta nişanlandığını belə elan etmişdilər. Lakin bir müddətdən sonra Evanla ayrılan Emma Garret Con ilə görüşməyə başlayır və hal-hazırda onlar valideyn olacaqları haqda məlumat yayıblar.

Emili Ratajkovski və Sebastian Bear MkKlard

Hollivudun ən gözəl aktrisalarından biri olan Emili Ratajkovski və onun həyat yoldaşı Sebastian Bear bu yaxınlarda valideyn olmağa hazırlaşırlar. Aktrisa bu gözəl anları əbədiləşdirmək üçün bir neçə fotosessiya etdirib.

Hillari Daff və Matyu Koma

2 uşaq anası olan Hilları Duf yenidən ana olmağa hazırlaşır. Bu yaxınlarda "İnstaqram"səhifəsində  maraqlı bir foto paylaşan ulduz, fotoya birmənalı şərh əlavə edərək bu sözləri yazıb: "Böyüyürük!!! Əsasən, mən.." Qeyd edək ki, həmin fotoda Hillarinin həyat yoldaşı Matyu Koma onun qarnına sığal çəkirdi.

Şahzadə Eugeniya və Jak Brooksbank

Kraliça II Yelizavetanın nəvəsi şahzadə Eugeniya da ana olmağa hazırlaşan  məşhurların siyahısına daxildir. Qeyd edək ki, şahzadə 2018-ci ildə məşhur İngiliş iş adamı Jak Brooksbank ilə ailə həyatı qurmuşdu.

Samirə Tağıyeva,"İki sahil"