Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Türk Şurasından verilən məlumata görə, canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi qurumun İstanbuldakı ofisində bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türk Şurası katibliyinin əməkdaşları iştirak ediblər.
Azərbaycana və bütün türk dünyasına başsağlığı verən tədbir iştirakçıları üzv dövlət, qardaş Azərbaycanın ərazi bütövlüyü uğrunda haqq mübarizəsində öz Vətənini qorumaq üçün həyatını qurban verən 2783 şəhidə Allahdan rəhmət, bütün qazilərə şəfa diləyiblər.
Ədliyyə naziri Pakistan İslam Respublikasının hüquq və ədliyyə üzrə dövlət naziri ilə görüşüb
“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiqlənib
Azər Əliyev: Gələcəyin əmək bazarında uğurun əsas şərti davamlı öyrənmək və texnologiyalara uyğunlaşmaqdır