23 yanvar 2021 09:35
674

Xorvatiyalı futbolçu iş yerini Moskvadan İstanbula dəyişdi

Moskvanın Mərkəzi Ordu İdman Klubunun (MOİK) xorvatiyalı yarımmüdafiəçisi Kristian Bistroviç karyerasını Türkiyənin “Kasımpaşa” klubunda davam etdirəcək.

"İki sahil" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə MOİK klubu məlumat yayıb. Qeyd olunur ki, 22 yaşlı futbolçu Türkiyə klubunda icarə əsasında çıxış edəcək. Razılaşmanın mövsümün sonuna qədər qüvvədə olacağı bildirilir.